İrəvan məhkəməsi Köçəryanın Paşinyana qarşı iddiasına baxmağa başladı

18:17 05.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvanın ümumi yurisdiksiya məhkəməsi hakim Sergey Saakyanın sədrliyi ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Xatırladaq ki, mülki iddia Nikol Paşinyanın 2021-ci il martın 1-də Respublika meydanında keçirilən mitinqdə səsləndirdiyi böhtan xarakterli bəyanatlara aiddir.

Aprel ayında Robert Köçəryanın vəkili Hayk Alumyan şərəf və ləyaqətinin açıq şəkildə ifadə olunmuş böhtanlardan qorunmasını və böhtan nəticəsində vurulmuş qeyri-maddi ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət edib.

Siyasət rubrikasından digər xəbərlər