İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib - YENİLƏNİB

12:35 25.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki başa çatıb.

Hafta.az-ın məlumatına görə, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib.

AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib. Qeyd edək ki, İ.Həbibəyli bu vəzifəyə tək namizəd olub.

 

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.

Hafta.az-ın məlumatına görə, yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

AMEA-nın prezidenti vəzifəsinə əsas namizəd kimi akademik İsa Həbibbəylinin göstərildiyi bildirilir.