Yazını böyüt
Yazını kiçilt
İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makrona deyib ki, İsrailin İrana qarşı gizli əməliyyatları Ukrayna da daxil olmaqla, digər ölkələrə kömək edir. Bu barədə RİA Novosti məlumat yayıb.
Qüds "müxtəlif səviyyələrdə İrana qarşı müstəqil şəkildə hərəkət edir, lakin bu fəaliyyət həm də sistematik olaraq bu İslam respublikasının İsrailə qarşı imkanlarını azaltmaq və ya zədələmək məqsədi daşıyır" deyib.
“Əlbəttə, bu, həm də İranın imkanlarına ziyan vurur və ya digər ölkələrə münasibətdə onları azaldır”, - baş nazir bildirib.
O, həmçinin Rusiya ilə İran arasında əməkdaşlığın güclənməsindən narahat olduğunu bildirib.