İsveçrə Ukraynanın əlinə keçməsin deyə silah sistemlərini məhv edir

10:30 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin 1815-ci ildən rəsmi olaraq həyata keçirilən beynəlxalq problem və münaqişələrdə bitərəflilik siyasəti Ukrayna müharibəsi ilə bir daha sınaqdan keçirilir.

Hafta.az-ın NZZ Magazin-ə istinadən yazdığına görə, Ukrayna qüvvələrinə demək olar ki, bütün Avropa paytaxtlarından hərbi təlim və silah dəstəyi verilərkən, Bern administrasiyası müharibə başlayandan bəri arsenalındakı və ya başqa ölkələrə satdığı silahların Ukraynanın əlinə keçmədən məhv etməyə çalışır. Nəhayət, İsveçrə mətbuatının yazdığına görə, İsveçrə ordusu 60 ədəd “Rapier” hava hücumundan müdafiə batareyasını işlək vəziyyətdə məhv etmək qərarına gəlib.

Ordu sözçüsü Kaj-Qunnar Sievert xəbəri təsdiqləyərək hava hücumundan müdafiə sistemlərinin birinci hissəsinin məhv edildiyini, qalanlarının isə qısa müddətdə söküləcəyini bildirib. Qərar İsveçrə ordusunun 2022-ci ilin sonunda “Rapier” hava hücumundan müdafiə sistemlərini sıradan çıxardıqdan sonra verilib. Bura atış meydançası və radar sistemi daxil olan “Rapier” hava hücumundan müdafiə sistemləri 1980-ci illərdə İsveçrə ordusu tərəfindən təchiz edilib. Federal hökumət həmçinin 2007-ci ildə modernləşdirmə səyləri zamanı sistemlər üçün 2000 müasir idarəolunan raket alıb. Yeni qərarla bu raketlərin də məhv ediləcəyi bildirilib.

Mövzu ilə bağlı qiymətləndirmələr edən Alman-İsveçrə Hərbi Jurnalının (ASMZ) keçmiş baş redaktoru Peter Şnayder "Raketlər köhnə idi, lakin onların istifadə müddəti keçmiş deyil. İngiltərə “Rapier”lə 2012-ci ildə keçirilmiş London Olimpiadasını qorudu. Bu sistemlər alçaqdan uçan dron kimi hədəflərə qarşı çox təsirlidir” deyib. O, sistemlərin döyüş təyyarələri və helikopterlərə qarşı da istifadə edilə biləcəyini deyən Şnayder, Ukraynanın bu silahlarla şəhərlərdə mülki infrastrukturu qoruya biləcəyinə diqqət çəkib.

“Rapier” hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi qərarı təhlükəsizliklə məşğul olan siyasətçilərin sərt reaksiyasını alıb. Yaşıl Liberallar Milli Assambleyasının üzvü və Təhlükəsizlik Siyasəti Komissiyasının sədr müavini Fransua Pointet silahların Ukraynaya verilməsinin qanunla mümkün olduğunu bildirib və onların məhv edilməsinin absurd sayıb.

Federal Şuranın 2006-cı ildə qəbul etdiyi qərara görə, İsveçrə hökuməti digər ölkələrdən aldıqları silahları qeyd-şərtsiz geri sata bilər. Ancaq bir ordu sözçüsü məhv etmək barədə qərarın 2019-cu ildə verildiyini və İngiltərədən silahları geri almaq istəyib-istəmədikləri barədə heç vaxt soruşulmadığını söyləyib.

“Rapier” sistemlərini məhv etmək qərarını geri qaytarmaq indi çətin görünsə də, İsveçrə ordusunun yaxın bir neçə il ərzində bir çox xarici silah sistemlərini də istismardan çıxarması gözlənilir. Onların arasında Amerika istehsalı olan 248 M113 zirehli döyüş maşını və Ukrayna müharibəsinin cəbhə xəttində görünən 100 M109 tipli ağır silah da var.

Təhlükəsizlik eksperti Rinikerin sözlərinə görə, bu avtomobillərin heç bir şərt olmadan ABŞ-a qaytarılması qanuni olaraq mümkündür. "Geopolitik gərginlik bu qədər yüksək qalsa, amerikalılar yəqin ki, nəqliyyat vasitələrini almaq istəyəcəklər" deyən Riniker İsveçrənin bu məsələyə siyasi cəhətdən hazırlaşmalı olduğunu bildirib.

Ukraynadakı müharibə İsveçrənin bütün dünya elitalarına bərabərhüquqlu xidmət göstərmək siyasətini sınaqdan keçirir və ölkənin rəqabətli maraqlarını risk altına qoyur.

İsveçrə silah istehsalçıları müharibə zamanı Qərb müştərilərinə silah satmağın qeyri-mümkünlüyündən şikayətlənsələr də, avropalı qonşular ölkəni bir istiqamətə, bitərəflilik ənənəsini isə başqa istiqamətə çəkirlər.

Sürix Universitetinin beynəlxalq hüquq professoru Oliver Diggelmann "Silah ixrac edən bitərəf ölkə olması İsveçrəni bu vəziyyətə salır. Onlar bu silahlara nəzarət etmək istəyirlər” deyib.

İsveçrənin bitərəflilik statusu Avropa dövlətləri tərəfindən Napoleon müharibələri (1800-1815) zamanı bufer zona yaratmaq məqsədilə qəbul edilib və rəsmiləşdirilib. 200 ildən çox və iki dünya müharibəsindən sonra 8,7 milyon əhalisi olan İsveçrənin 90 faizi bitərəflilik statusunu dəstəkləyir və buna milli ideal kimi baxır. Cenevrədə Birləşmiş Millətlər Təşkilatına və Qızıl Xaç Cəmiyyətinə ev sahibliyi edən isveçrəlilər özlərini dünyanın sülhməramlısı və xeyirxahı kimi görürlər.

Ancaq son illər Ukraynadakı müharibəyə diqqət yetirən Qərb paytaxtlarında bu, belə deyil. Məxfilik siyasəti ilə məşhur olan və tez-tez çirkli pulların yuyulması iddialarının mərkəzində yer alan İsveçrə banklarının həm də Rusiya prezidenti Putinlə əlaqəsi olan oliqarxlara xidmət etməsi Qərb diplomatlarının reaksiyasına səbəb olur.

Siyasət rubrikasından digər xəbərlər