İyunun 17-dən Həcc ziyarəti başlayır

13:10 14.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

 

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Siyasət rubrikasından digər xəbərlər