Aİ əlavə 15 min Ukrayna hərbçisinə təlim keçəcək - Borrell

19:46 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa diplomatiyasının rəhbəri Josep Borrell öz Twitter hesabında bildirib ki, Aİ missiyası daha 15 min ukraynalı əsgərə təlim keçəcək, təlim keçmiş hərbçilərin ümumi sayı 30 min nəfər olacaq.

“Baş nazir Denis Şmıxala bildirməkdən məmnunam ki, Aİ-nin Hərbi Yardım Missiyası əlavə olaraq 15 000 Ukrayna əsgərinə təlim keçəcək və təlim keçmiş personalın ümumi sayını 30 000-ə çatdıracaq”, - Borrell yazıb.

O, həmçinin bildirib ki, Ukraynanın baş nazirinə Aİ-nin bəzi ərazilərdə minatəmizləmə işlərinə dəstək üçün 25 milyon avro ayıracağı elan edilib.

Avropa diplomatiyasının rəhbəri əlavə edib: “Mülki əhalinin və onların yaşayış vasitələrinin müdafiəsi prioritetdir”.