ABŞ alimləri yalançı kraliça qarışqaların sirrini açıblar

11:50 09.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ alimləri müxtəlif qarışqa növlərinə qarışan və onların üzərində “gedən” yalançı kraliça qarışqaların sirrini açıblar.

Hafta.az-ın “The New York Times”ə istinadən yazdığına görə, Rokfeller və Harvard Universitetlərinin tədqiqatçıları parazit qarışqalar adlanan bu yalançı kraliçaların genetik xüsusiyyətlərini müəyyən ediblər. Tədqiqatda araşdırılan basqınçı qarışqalar yalançı ana arılar və ya kraliçaya bənzər parazitlər tərəfindən istila edilən təxminən 50 növ arasındadır. Bu parazit qarışqalar koloniyanın qidasını yeyərkən, özləri yem axtarma işindən qaçırlar. Üstəlik, çoxaldıqları zaman yumurtaları işçi qarışqalar deyil, özləri kimi parazitlərdir.

İndiyədək belə hesab edilirdi ki, parazit qarışqalar normal olaraq anası olmayan koloniyalara sızırlar. Lakin “Current Biology” adlı elmi jurnalda dərc edilən yeni araşdırmada onların basqınçı qarışqa koloniyalarında özbaşına əmələ gəldiyi aşkarlanıb.

Tədqiqatın aparıcı müəllifi Varing Trible, tapıntıları "qarışqaların necə parazitləşdiyini anlamaq üçün yeni bir üsul" kimi təsvir edib. Komanda, basqınçı qarışqalar arasında sürətlə mutasiyaya uğrayan "super gen"in bu parazitlərin görünüşünü dəyişdirdiyini və onları kraliça kimi göstərdiyini ortaya çıxarıb. Kəşf laboratoriyada heyrətləndirici müşahidədən sonra ortaya çıxıb. Tribl və komandası müşahidə etdikləri basqınçı qarışqa koloniyasında yalançı kraliçanın doğulmasının şahidi olublar. Qrup həmin qarışqanı koloniyanın qalan hissəsindən ayıraraq və şəxsi olaraq araşdıraraq onun qanadları çıxdığını görüb. Eyni vəziyyət digər koloniyalarda da parazitlərdə aşkar edilib.

Xatırladaq ki, qanadlar bir çox kraliça qarışqalar üçün xarakterikdir. Bununla belə, basqınçı qarışqaların adətən qanadları olmur.

"Bu qanadlı dişiləri görmək şokedici, çox təəccüblü idi", - deyib Tribl.

Ümumilikdə 10 min qarışqa koloniyasını araşdıran Trible və həmkarları 14 yaramaz kraliça tapdılar. Onların nəsillərinin həmişə qanadlı parazitlər olduğu aşkar edilib. Əlavə təhlillər göstərib ki, yaramaz kraliçalar mutasiyaya uğramış növün iki nüsxəsini daşıyırlar. Hansı ki, digər qarışqalarda onların yalnız bir nüsxəsi ola bilərdi. Bu səbəbdən tədqiqatçılar aşkarladıqları parazitləri “mutant qarışqalar” olaraq xarakterizə edirlər.