ABŞ Azərbaycanı təbrik etdi

16:52 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

Hafta.az xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin bəyanatında əksini tapıb.

"Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!", - diplomat vurğulayıb.

Oxunma sayı 16
Siyasət rubrikasından digər xəbərlər