Yazını böyüt
Yazını kiçilt
ABŞ Pakistana 445,6 milyon dollar maliyyə dəstəyi ayıracağına dair məlumat yayıb.
Hafta.az-ın yazdığına görə, paytaxt İslamabadda ABŞ-ın Pakistana dəstəyi ilə bağlı imzalanma mərasimi keçirilib. Xəbərə əsasən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Pakistana 5 il ərzində 445,6 milyon dollarlıq sosial-iqtisadi inkişaf dəstəyi ayıracaq.
"Geo News" televiziyasında yer alan xəbərə görə, İslamabadda keçirilən imza mərasimində bu ölkənin iqtisadiyyat nazirliyinin katibi Kazım Niaz və USAID-in Pakistan üzrə direktoru Rid Aesçliman saziş imzalayıblar.