ABŞ-ın Havay adalarının Pahala bölgəsində qonşu evdəki itlərin səsindən narahat olan polis qonşular tərəfindən hadisə yerinə çağırılaraq 4 itdən birini öldürüb.
Havay adalarının Pahala bölgəsində qonşu evdə saxlanılan itlərin hürməsindən narahat olan qonşular polisə müraciət ediblər. Ötən həftəsonu yerli vaxtla saat 17.00 radələrində hadisə yerinə gələn polis itlərin səslərinin eşidildiyi evi tapıb. Qapını döyən 52 yaşlı polis cavab ala bilməyəndən sonra ev sahibini axtarmaq üçün bağda dolaşmağa başlayıb. Bu zaman qapı açılanda 4 it çölə qaçıb. Yanına gələn itlərdən qorxan polis "Kai" adlı iti güllələyib. Ağrıdan qışqırmağa başlayan Kayın yanına gələn digər itlər daha sonra polisin qorxusundan geri çəkiliblər.
Həmin vaxt evdə olmayan itlərin sahibi, 16 yaşlı Nikki Vander Elst bildirib ki, onun itləri əvvəllər heç vaxt aqressiv davranış nümayiş etdirməyib. Görüntülərə baxdığını bildirən Elst "Qaçırlar, tullanırlar, yalayırlar. Sadəcə sevilmək istəyirlər. Ən çox sevən itlərdir" deyib. Elst hadisə ilə bağlı qanuni hüquqlarından istifadə edəcəyini də vurğulayıb.
Elst-in qardaşı Alohilani Camelo deyib: "Biz bunun cinayət olduğuna inanırıq. Bu, ədalətli deyil".