ABŞ və Ukrayna əks-hücum əməliyyatını “canlandıracaq”

18:54 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Ukrayna rəsmiləri son həftələrdə Ukrayna Silahlı Qüvvələrinin (UAF) əks-hücum əməliyyatını “canlandırmaq” üçün taktikaların dəyişdirilməsi ilə bağlı müzakirələr aparırlar. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşr göstərir ki, Vaşinqton və Kiyev arasında müzakirənin gündəliyində ABŞ-ın cənub istiqamətində əks-hücum əməliyyatına hazırlaşarkən ukraynalı hərbçilər üçün keçirdiyi birləşmiş silah təliminin xarakterində dəyişiklik var.