Abşeronda ev yanıb

20:46 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumta görə, rayonda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və ikinci mərtəbəsində 4 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.