Yazını böyüt
Yazını kiçilt
Ağcabədidə bir neçə evdə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda bir-birinə bitişik tikilən ümumi sahəsi 72 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 m² sahədə, ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 m² sahədə, ümumi sahəsi 83 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.