Ağcabədidə iti gölməçəyə salaraq işgəncə verdilər - VİDEO

10:48 13.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda itə şiddət göstərilib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.