Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Azay Rəhimov saxlanılıb. A.Rəhimovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 23 çətənə kolu və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.