“Ağlı başında olanlar Rusiyanı tərk etməlidir...”-D.Qordon

18:48 20.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynalı jurnalist, “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon hesab edir ki, bütün sağlam düşüncəli insanlar Rusiyanı tərk etməyə çalışmalıdırlar, çünki bu ölkədə vəziyyət daha da pisləşəcək.

Hafta.az xəbər verir ki, o, bu fikri aparıcı Vasili Qolovanovla "YouTube"-dəki canlı yayımda bildirib.

Qolovanov xatırladıb ki, Rusiyada uşaq və gənclərin yeni hərəkatının adı ilə bağlı müzakirələr aparılıb və təhsil naziri Sergey Kravtsov həmin qurumun  Sovet İttifaqının pioner təşkilatının adı ilə adlanmasına səs verdiyini bildirib.

"Mənim bir sualım var: Putin nə düşünür, Sovet İttifaqını sərhədlər daxilində deyilsə, ölkə daxilində bərpa etmək niyyətindədir?", - deyə Qolovanov soruşub.

Qordon sovet dövründə özünün də pioner təşkilatına qəbul edildiyini və "bu zibilliyi yaxşı xatırladığını" söyləyib.

"Onlar çoxdan və möhkəm dəli olublar. Yoldaşlarımdan birinin dediyi kimi, onların başlarında milçəklə tarakanlar bir-birinə calanıb " - deyə jurnalist hesab edir. "Rusiyada tezliklə pionerlər, komsomolçular da meydana çıxacaq".

O bildirib ki, Rusiyada baş verənlər bu ölkənin deqradasiyaya uğramasından xəbər verir.

"Bu, tənəzzülə uğrayan bir ölkədir! Onsuz da deqradasiyaya uğrayıb. Yalnız bir şeyi deyə bilərəm: Rusiya Federasiyasındakı sağlam düşüncəli insanlar, hər şeyi atıb oradan qaçın! Tezliklə orada konsentrasiya düşərgələri  yaranacaq, mən buna əminəm. Onların ağlı başından çıxıb. Bu sovet "KQB" şizofrenikləri Rusiyada hakimiyyətdədirlər"-deyə jurnalist xəbərdarlıq edib.

Siyasət rubrikasından digər xəbərlər