Alimlər xərçəngin müalicəsində kartofdan istifadəni təklif edirlər

14:44 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Adam Mitskewicz Universitetinin bir qrup polşalı alimi, kartof və digər tərəvəzlərdən xərçəngə qarşı dərman yaratmağı təklif edirlər. İşin nəticələri “Frontiers in Pharmacology” jurnalında dərc olunub.

Alimlərin fikrincə, bu tərəvəzlərin tərkibində bioloji aktiv qlikoalkaloidlər var. Bunlar müxtəlif şəkər və alkaloidləri ehtiva edən mürəkkəb üzvi birləşmələrdir. Adətən bitkilər heyvanlardan qorunmaq üçün alkaloidlər istehsal edirlər. Tədqiqatçılar deyirlər ki, düzgün doza bir zəhəri müalicəyə çevirə bilər.
Alimlər diqqəti beş qlikoalkaloid - solanin, çakonin, solasonin, solamargin və tomatin üzərində cəmləyiblər. Onlar kartofda, pomidorda və badımcanda olur.

Onlar xərçəng hüceyrələrinin böyüməsini maneə törədir və onların ölümünə səbəb ola bilər. Kompüter simulyasiyaları göstərdi ki, qlikoalkaloidlər insanlar üçün zəhərli deyil, lakin reproduktiv sistemə müəyyən təsir göstərə bilər.

"Hazırda istifadə olunan xərçəng əleyhinə dərmanları əvəz edə bilməsək belə, kombinasiya terapiyasının müalicənin effektivliyini artırması mümkündür", - alimlər təklif ediblər.

Oxunma sayı 1433