ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim olunub

14:38 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov kollektivə təqdim olunub.

Bu barədə hafta.az-a ANAMA-dan bildirilib.

Məlumata görə, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib.

Qeyd edək ki, bu il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.