Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

16:22 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, hər iki nazirliyin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi digər bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb.