Ankarada TDT-nın Fövqəladə Zirvə görüşü keçirilir

14:08 16.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilir.

Hafta.az xəbər verir ki, Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tək-tək qonaqları qarşılayır.

Daha sonra isə ailə fotosu çəkiləcək.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə gedib.

Siyasət rubrikasından digər xəbərlər