ASAN könüllülərindən şəhid xanımlarına diqqət

21:55 08.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ASAN könüllüləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid hərbi qulluqçuların həyat yoldaşlarını təbrik ediblər.

Bu barədə hafta.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“ASAN Könüllüləri” Təşkilatı bütün şəhid analarını, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara səbir, təmkin və dözüm arzulayır.