Astronomlar Marsda su ilə bağlı yeni dəlillər tapıblar

20:21 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kembric Universitetindən olan beynəlxalq astronomlar qrupu Marsın cənub qütbünün buz örtüyü altında suyun ola biləcəyinə dair yeni sübutlar tapıb. Hafta.az bildirir ki, alimlərin işi Nature Astronomy jurnalında dərc olunub.

Tədqiqatçılar buz örtüyünün hündürlüyünü müəyyən etmək üçün NASA-nın Mars Global Surveyor kosmik aparatının lazer altimetrindən istifadə edərək buz örtüyünün yuxarı səthinin formasının ölçülməsini təhlil ediblər.

Onların təhlili nəticəsində 10-15 km uzunluğunda səth dalğalanmaları, o cümlədən çökəklik və müvafiq qalxma aşkar edilib, hər ikisi ətrafdakı buz səthindən bir neçə metr kənara çıxır.

Daha sonra məlumatları buz örtüyünün altında suyun olmasının onun səthinə necə təsir edəcəyini göstərən kompüter modeli ilə müqayisə etdilər.

“Yeni topoqrafik məlumatların və kompüter modelimizin nəticələrinin birləşməsi Marsda ən azı bir yerdə suyun olması ehtimalının güclü olduğunu göstərir. Bu o deməkdir ki, Mars hələ də geotermal cəhətdən aktiv olmalıdır, yalnız o zaman buz örtüyünün altındakı su maye qalacaq”, - alimlər qeyd ediblər.