ATƏT-in 27 ildə danışıqlarda əldə edə bilmədiyini Brüsseldə əldə etmişik - Politoloq

16:54 28.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilməsini xahiş edib. Bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Prezident isə bu cür “şərtli” görüşdən imtina edib.

Bu fikirləri hafta.az-a politoloq Turan Rzayev bildirib.

Politoloqun sözlərinə görə, görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, Fransa prezidentinin görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirib.

“Buna baxmayaraq ölkə başçısı açıq şəkildə bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik.

Ümumiyyətlə, Praqada baş tutan dördlü görüşün ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını göstərir. Prezident isə “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağının mesajını bir daha təkrarlamış oldu”.

Politoloq hesab edir ki, Azərbaycan tərəfi Brüssel formatından narazı deyil, əksinə bu istiqamətdə  Prezidentin müsbət çıxışları da olmuşdu.  Prezident Fransanın danışıqlarda vasitəçi tərəfdar kimi iştirakından razı deyil. Bunun da subyektiv tərəfləri var.  Fransa prezidentinin və Fransa senatının son zamanlar Azərbaycan əleyhinə qəbul etdiyi qərarlar və antiazərbaycan  siyasəti rəsmi Bakının ciddi naratahtılığına səbəb olur. Ermənistanın tərəfini tutmaq  ayrı bir məsələdir, Azərbaycana qarşı  açıq siyasət yürütmək tamam başqa bir məsələdir. Azərbaycan Fransanın iştirak etdiyi görüşdə iştirak etməməlidir.  Fransa indiki məqamda danışıqlar prosesinin bir parçası olmamalıdır. Və prezidentin verdiyi  mesaj bundan ibarətdir. ATƏT-in 27 ildə danışıqlarda əldə edə bilmədiyini Brüsseldə əldə etmişik.

Faktiki Ermənistan öhdəliklər götürüb və Azərbaycan həmin öhdəliklərin icra olunmasını Ermənistanın yadına salır. Bizim indiki zamanda Brüssel formatından imtina etməmiz ağıllı yanaşma olmaz. Fransa prezidenti danışıqlarda iştirak etməsə, mövcud formatda biz danşıqlarda iştirak edə bilərik”.

Siyasət rubrikasından digər xəbərlər