Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda səfərdə olan avropalı hüquq müdafiəçilərindən ibarət “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Hafta.az xəbər verir ki, koalisiya üzvləri soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.