Avstraliya səfiri Azərbaycan xalqını təbrik edib

17:25 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliya səfiri Miles Armitac 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Hafta.az-ın xəbərinə görə, səfir bu barədə "Twitter" hesabında paylaşım edib.

O, Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbriklər və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Miles Armitac Avstraliyanın Türkiyədə, paralel olaraq Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiridir.

Siyasət rubrikasından digər xəbərlər