Avtobus sürücüsünü vuran sərnişinə 30 sutka həbs verildi

15:37 26.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.

Hafta.az-ın xəbərinə görə, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

 O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.