Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil - DİN

21:26 20.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 21 noyabr saat 00-dan etibarən açıq havada da tibbi maskadan istifadə məcburi olacaq.