Avtomobildən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

21:52 09.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakinləri tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Ford” markalı avtomobildən 500 manat, 500 ABŞ dolları və sənədlər oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Rəhimov və T.Nurullazadə saxlanılıblar.