AZAL 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə çatdırıb

22:20 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli aviadaşıyıcısı (c) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. 

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.