“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

17:10 09.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

QSC-dən hafta.az-a bildiriblər ki, həmçinin qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

"Sərnişinlərimizdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.