Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyəyə 181 min manatlıq yardım göndərib

20:09 11.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyası davam edir.

Bu barədə hafta.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki, yardım kampaniyasının 3-cü mərhələsi də başa çatıb. Bu mərhələ çərçivəsində 453 128 TL həcmində Türkiyəyə yardım göndərilib.

Ümumilikdə isə, 3 mərhələ yekununda 2 023 686 TL (181 023 97 AZN) yardım olunub.