Azərbaycan rusların Ukraynada dağıtdığı enerji sisteminin bərpasına kömək edəcək

09:10 26.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
Azərbaycan Rusların hücumlarından sonra enerji infrastrukturunun bərpası üçün Ukraynaya elektrotexniki avadanlıqların verilməsində kömək edəcək.
 
Hafta.az-ın Ukrayna mediasına istinadən yazdığına görə, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, energetika naziri Herman Qaluşenko ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər Rusiyanın enerji infrastrukturu obyektlərini kütləvi şəkildə atəşə tutmasını nəzərə alaraq Ukraynanın enerji sektorundakı vəziyyətə diqqət yetiriblər. Noyabrın 23-də baş vermiş son hücumdan sonra dəyən ziyan kifayət qədər böyük olduğundan, bərpa işlərinin aparılması üçün material və avadanlıq təmin edən beynəlxalq tərəfdaşların köməyi çox vacibdir.
 
"Tərəflər Ukraynanın enerji sektoruna, xüsusən də elektrik avadanlıqlarının tədarükünə kömək etmək üçün əməkdaşlıq haqqında razılığa gəliblər", - Ukraynanın Energetika Nazirliyi bildiirb.
 
Bu arada, Ukraynanın energetika naziri Herman Qaluşenko Avropa komissarı Kadra Simson və ABŞ Energetika Nazirliyinin rəhbərliyi ilə də noyabrın 23-də raket zərbələrinin Ukraynanın enerji sistemi üçün dağıdıcı nəticələri barədə təcili telefon danışığı aparıb.
Oxunma sayı 3467
Siyasət rubrikasından digər xəbərlər