Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə görüşü nəzərdə tutulur - XİN

11:00 30.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.

Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur", - XİN rəsmisi deyib.

Siyasət rubrikasından digər xəbərlər