Yazını böyüt
Yazını kiçilt
“Azərbaycan dövləti indiki və keçmiş vətəndaşlarına biganə qalmır. Readmisiya ölkənin öz vətəndaşının geri qaytarılmasına icazə verilməsidir”.
Hafta.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisdə Readmisiya Haqqında qanunun müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycana gətirilən vətəndaşlarımızın adaptasiya olunması ilə bağlı ciddi işlər görülür.
“Xüsusən də müharibə gərginliklərin olduğu ərazilərdən, Suriyada və İraqda olan qadın və uşaqların Azərbaycana qaytarılması ilə bağlı müraciətlər var. Bunun üçün XİN ciddi işlər görür.
Hərbi münaqişələr zonasında qalmış uşaqların qadınların qaytarılmasının şahidi oluruq.Ona görə də readmisiya qanunin qəbul olunmasını dəstəkləyirəm”.