Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib

23:53 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Hafta.az xəbər verir ki, bu barədə XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb.

Oxunma sayı 107
Siyasət rubrikasından digər xəbərlər