Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Xarici İşlər Nazirliyi Afyonkarahisar əyalətində baş verən avtobus qəzası ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib.
Hafta.az xəbər verir ki, bu barədə bazar günü XİN-in "Twitter" hesabındakı paylaşımda deyilir.
"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, bu gün Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu aşıb. Qəza nəticəsində 8 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.