Son günlərin ən çox müzakirə olunan mövzusu koronavirusdur. Çində bu virusdan ölənlərin sayı iki mini ötüb. Həmçinin bir sıra ölkələrdə də bu virusa yoluxma hallarının artdığı deyilir. Virusun əsas başlanğıc yeri olan Çində ölümlərin sayının artması, digər ölkələri Çin vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət qoymağa məcbur olub.
Bəs Azərbaycanda nə qədər Çin vətəndaşı var?
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli hafta.az-a açıqlamasında dedi ki, ölkəyə gəlib gedən xarici vətəndaşların sıtatistikası Dövlət Miqrasiya Xidmətində aparılmır:
“Ölkəyə nə qədər xarici vətəndaş gəlib, nə qədəri isə ölkəni tərk edib o haqda məlumat bizdə olmur. Bizdə kim qeydiyyata düşübsə onun sıtatistikası aparılır. Bildiyimiz kimi xarici vətəndaşlar 15 gündən artıq qalacaqsa o zaman qeydiyyata düşməlidir. 2020-c il yanvar ayı ərzində Azərbaycana 105 nəfər Çin vətəndaşı olduğu yer üzrə qeydiyyata alınıb. 32 nəfərə də müvəqqəti yaşamaq üçün icazə verilib”.