Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.