Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb

16:58 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 344 520 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir.

Ölkədə son sutka ərzində 9 400, hazırkı dövrədək isə 4 043 740 test aparılıb.

Oxunma sayı 694