Azərbaycanda 92 nəfər koronavirusa yoluxub

17:50 14.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 399 nəfərdir.

Ölkədə son sutka ərzində 1 946, hazırkı dövrədək isə 7 399 992 test aparılıb.