Azərbaycandan göndərilən daha 4 TIR zəlzələ bölgəsinə çatıb

09:10 14.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra Azərbaycandan Adıyamana göndərilən yardım daşıyan növbəti 4 TIR təbii fəlakət bölgəsinə çatıb.

Hafta.az-ın yazdığına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Büyükfırat Azərbaycan xalqının zəlzələdən zərərçəkənlər üçün səfərbər olduğunu və Kahtada konteyner şəhərciyi yaratmaq istədiyini bildirib.

H.Büyükfırat, “Azərbaycan xalqı indi demək olar ki, bu zəlzələnin qurbanları üçün səfərbərdir. Hazırda onlarla TIR Türkiyəyə humanitar yardım çatdırmaq üçün yoldadır. Yardım maşınlarımızın bir qismi artıq Maraş, Adıyaman və digər bölgələrə çatıb. Bu gün ərzaq yüklü daha 4 TIR-ımız Kahtaya gəlib və AFAD-ın koordinasiya mərkəzindədir. Bu gün bura gələn ərzaq məhsullarını bu məkanda hər gün 15 min insana isti yemək verilən yerə çatdırdıq. Bundan əlavə, yardım paketində Azərbaycan xalqının köməyi ilə toplanılmış yorğan-döşək, isti odyallar da var. Azərbaycanda yardım məqsədilə xüsusi platforma təsis edilib. "Qardaş Köməyi" Platforması səfirimizin rəhbərliyi ilə yaradılıb. Bunlar oradakı bütün qeyri-hökumət təşkilatlarının birlikdə göndərdiyi yardımlardır və hətta Kahtada konteyner şəhəri yaratmaq planımız da var", - deyib cənab Büyükfırat.

Siyasət rubrikasından digər xəbərlər