Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib

19:59 19.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qardaş köməyi” Platforması çərçivəsində Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Twitter"-də paylaşım edib.

Platforma çərçivəsində Azərbaycanın müxtəlif rayonlarından Kahramanmaraşa 14 konteyner ev və 3 portativ tualet çatdırılıb.