Azərbaycanın təhvil verdiyi 17 hərbçi əsirlikdə işgəncələrə məruz qalmayıb - Ermənistan İstintaq Komitəsi

21:00 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.

Hafta.az apa-ya istinadən xəbər verir ki, “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

O qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir, reabilitasiyaları bitdikdən sonra dindiriləcək.

Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar əsirlikdə işgəncələrə məruz qalmayıb.

Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.apa

Siyasət rubrikasından digər xəbərlər