Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir-İlham Əliyev

13:49 14.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm. Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.

Siyasət rubrikasından digər xəbərlər