Azərbaycanlılar mənim iş otağımın içini belə görürlər - Erməni rəsmisi

18:19 25.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Tex icmasının rəhbəri Nerses Şaduts mətbuata açıqlamasında bildirib ki, azərbaycanlılar sərhəd boyunca mühəndislik işlərini başa çatdırdılar.

Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, icma rəhbəri hazırda sərhəddə vəziyyətin sabit olduğunu deyib. "Onlar gəldikləri gündən etibarən qoruyucu xəndəklərin inşası intensiv şəkildə aparılıb, beton baryerlər quraşdırılıb. İndi işlər aparılmır, görünür, hər şeyi tamamlayıblar. İcmanın sərhəd məsafəsi 200 m-dən 1-2 km-ə qədər başlayır. Hələ yeni insident yoxdur... İndi ot biçimi mövsümüdür, kəndlilər tezliklə biçin işlərinə başlayacaqlar və problem yaranarsa, sərhədçilər və sülhməramlılara müraciət edəcəyik. Azərbaycanlıların nəzarəti altında qalan sahələr əkilmir, çünki onların nəzarətindədir. İnsanlar var təhlükəsizliklərindən narahatdırlar”.

İcma rəhbəri qeyd edib ki, azərbaycanlılar dağlarda üstün mövqe tutur, müşahidə prosesi ilə bağlı heç bir problemləri yoxdur. "Elə müasir texnologiyaları var ki, məsələn, Tex icma rəhbərinin öz iş otağında nə etdiyini görə bilərlər”.