Bakı Dövlət Sirkinin direktoru dəyişib

14:10 16.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.

Bu barədə hafta.az-a Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib.

O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: "Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub".

Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az verib.