Bakı sakinindən tapança və patronları götürülüb

22:49 24.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər sakini E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.