Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı

16:37 02.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər sakinini döyərək çantasını almaqda şübhəli bilinənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Araşdırma aparılır.