Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

11:28 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bank kartından oğurluq edlib.

Hadisə Yasamal rayonunda yerləşən bankomatların birində olub. Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.