Yazını böyüt
Yazını kiçilt
Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, saat 15:00 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq, həmin şəxslər ərazidən kənarlaşdırılıb.
Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.